Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2014

Etirazlar rəsmi Pekini tədbir görməyə vadar etdi

Çinin yarımmuxtar regionu Honq Konqda hökumətə qarşı baş qaldıran etirazlar rəsmi Pekini vəziyyətlə əlaqədar tədbirlər görməyə vadar edib. Ölkənin xarici işlər naziri Van İ etirazları dəstəkləyən Amerika Birləşmiş Ştatlarına səfər edib. Nazir paytaxt Vaşqintonda ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.

Con Kerri mətbuat konfransında çıxışı zamanı qeyd edib ki, Honq Konq rəhbərliyi demokratik islahatlar tələb edən etirazçılara güc tədbiq etməkdən çəkinməlidir.

Əksəriyyəti tələbələrdən təşkil olunan aksiya arıtq 6 gündür ki, davam edir. Fəallar Honq Konq rəhbərinin Çin hökumətinin müdaxiləsi olmadan yerli əhali tərəfindən seçilməsini tələb edirlər.

Çinli xarici işlər naziri Honq Konqda keçirilən etirazları qanunsuz adlandırıb.

“Honq Konqun problemləri, eyni zamanda, Çinin problemləridir. Bütün ölkələr Çinin suverenliyinə hörmətlər yanaşmalıdırlar” - deyə Van İ qeyd edib.

Etirazçılar nümayişləri isə, ötən gün davam edib. 10 minlərlə fəal Honq Konq rəhbəri Lyan Çjeninin istefasını tələb ediblər.

Honq Konqda keçirilən etiraz aksiyalarına Böyük Britaniyada yaşayan Honq Konqlulardan da dəstək gəlib. Paytaxt Londonda Çin səfirliyi qarşısında baş tutan aksiyaya 3 mindən çox fəal qatılıb. Fəallar “onlar tək deyillər” şüarları ilə Çin hökumətinə ismarış göndərməyə çalışıblar. Fəallar etiraz aksiyalarının rəmzinə çevrilən çətirlərlə aksiyaya qatılıblar.
1084 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı