Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2014

ABŞ Məxfi Xidmətinin rəhbəri istefa verdi

ABŞ Məxfi Xidmətinin rəhbəri Culiya Pirson istefa verib.

Bu barədə Reuters agentliyi xəbər verir.

Culiya Pirsonun istefasının səbəbləri açıqlanmır. Lakin onun istefası Ağ Evə naməlum şəxsin daxil olması fonunda həyata keçirilib.

ABŞ prezidenti və onun ailə üzvlərindən başqa Məxfi Xidmət bir sıra maliyyə cinayətlərini araşdırır.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Culiya Pirsonu 2013-cü ilin martında Məxfi Xidmət rəhbəri təyin etmişdi. O, bu posta təyin edilən ilk qadın idi. Onun sələfi Mark Sallivan da ötən ilin fevralında istefa vermişdi.
980 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber