Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2014

Çin və Rusiya: “Honq Konqu Amerika qarışdırıb”

“ABŞ Ukrayna hadisələrinə görə Moskvanı müdafiə edən Pekini bu cür cəzalandırdı”

Dünyanın gündəmində olan əsas hadisələrdən biri Honq Konqda baş verən olaylarla bağlıdır. Orada on minlərlə insan hökumətə qarşı etiraz aksiyası keçirir. Nümayişlər zamanı polislə toqquşmalar olub.

Sabiq Britaniya koloniyasının sakinləri rəsmi Pekinin ərazidəki siyasi proseslərə müdaxiləsinə qarşı çıxırlar. 1997-ci ildə Britaniya Honq Konqu Çinə təhvil verəndə rəsmi Pekin ərazidəki demokratik təsisatlara hörmət edəcəyini və demokratik idarə üsulunu qoruyub saxlayacağını vəd etmişdi. Bu etiraz dalğası həmin vaxtdan bəri ən kəskin siyasi böhran sayılır.

ABŞ və Britaniya hökumətləri rəsmi Pekini yerli sakinlərin demokratik istəklərinə hörmət etməyə çağırıb. "Honq Konq Çinə məxsusdur!" deyən rəsmi Pekin isə "qeyri-qanuni etirazlarla bağlı" istənilən xarici müdaxiləni rədd edir.

Maraqlıdır ki, Rusiya dövlət mediası bu etirazların ABŞ tərəfindən həyata keçirildiyini bildirir. Bu barədə “The Walll Street Journal” geniş yazı hazırlayıb. Jurnalist Paul Sonn yazır: "Rusiyanın "Birinci Kanal"ı bu mövzuya heç toxunmayıb. NTV yalnız qısa süjet verib. Honq Konqda baş verənləri Kiyevdəki Meydan hadisələri ilə müqayisə edib və bildiriblər ki, Kiyevdə olduğu kimi, bu hadisələrin də arxasında Amerika dayanır.

"Çin mətbuatının xəbərlərinə görə, hərəkatın liderlərinə Amerika kəşfiyyat xidmətləri xüsusi təlim keçiblər", "Rusiya 24"ün aparıcısı deyib.

"Birinci Kanal" ın aparıcı isə iddia edir: "Pekin bildirib ki, bu nümayişi təşkil edənlər Amerika Dövlət Departamentinə bağlı adamlardır". "Lakin Çin hökuməti belə ittihamlarla çıxış etməyib".



“Analitiklər bildirirlər ki, Vaşinqton Ukrayna hadisələri zamanı Moskvanı dəstəkləyən rəsmi Pekini cəzalandırmaq üçün Honq Konqda bu etiraz nümayişlərini təşkil edib ," "Rusiya 24"ün şərhçisi deyib. Rusiya mediası bu məsələdə Böyük Britaniyanı da ittiham edir.

"Demokratiya naminə 1989-cu ildə Tiananmen Meydanında başlamış etirazlardan sonra Honq Konq küçələrindəki nümayişlər o vaxtdan sonra keçirilmiş ən ciddi siyasi aksiyadır", - “ The Financial Times”ın yazırı Gideon Rəhman bildirir.

Müəllif 1989-cu və 2014-ci ildəki nümayişləri müqayisə edir, aradakı oxşarlıqları və fərqləri qabardır. Son 25 il ərzində, Çin daha zəngin və güclü bir ölkə olub", - məqalədə deyilir. 1989 -cu ildə Çində baş qaldıran tələbə hərəkatını yatırmaq daha çətin idi. Çünki Çin o vaxt daha zəif sayılırdı. İqtisadiyyatda ciddi problemləri vardı. İndi isə Çin güclüdür. Honq Konq rəsmən Çinin tərkib hissəsidir. Düzdür, ortada bir ölkə, iki sistem prinsipi var.

“Kommunist Partiyasının bu nümayişə hansı prinsiplə yanaşacağı maraq doğururdu. Təəssüf ki, Pekinin mərkəzi hökuməti bu nümayişlərə qarşı çıxmaq qərarına gəlib", məqalədə deyilir.

"Pekin rəsmi KİV və İnternetdə Honq Konqdan gələn xəbərlərin qarşısını almağa çalışır, nümayişlər davam edərsə, Çinin materik və Honq Konq sakinləri arasında gizli düşmənçilikdən istifadə edə bilərlər. Məsələn, deyə bilərlər ki, nümayişçilər tarixən Qərbə satılıblar, onlar materikdəki çinlilər kimi vətənpərvər deyillər", yazıda bildirilir.

Bu olayları da, Rusiyada olduğu kimi, Çində də Qərb imperializminin üzərinə yıxmaq olar.
Yazının sonunda deyilir: "Əlbəttə, Ukrayna suveren ölkədir. Honq Konq isə Çinin suveren ərazisidir. Ancaq nümayişçilərə güc tətbiq olunsa, Çin və Qərb arasında əlaqələr sarsılacaq . Çin dünya iqtisadiyyatı və beynəlxalq siyasi sabitlik kimi faktorları nəzərə almaqla bu vəziyyətdən çıxmalıdır"./musavat/
928 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:41