Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

Obamanın təbrik məktubunu Anar Məmmədov təşkil etdirib

Ziya Məmmədovun oğlu ilə bağlı şok iddia

Noyabrın 7-də ABŞ prezidenti Barak Obamanın İlham Əliyevə təbrik məktubu göndərməsi cəmiyyətdə siyasi dairələr arasında əsas müzakirə mövzusuna çevrilib.

Bəzi mənbələr iddia edir ki, B.Obamanın məlum təbrik məktubu nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Azərbaycan-Amerika Alyansının rəhbəri, “Garant Holding”in rəhbəri Anar Məmmədovun Amerikadakı diaspor fəaliyyəti və təşkil etdiyi banketlərlə bağlıdır. Mənbənin verdiyi məlumata görə, A.Məmmədovun yaxın çevrəsi adıçəkilən təbrik məktubunu onun ABŞ-dakı yürütdüyü lobbiçilik fəaliyyəti ilə bağlıdır.

Xatırladaq ki, Anar Məmmədovun rəhbərlik etdiyi alyans oktyabrın 30-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərindəki Milli Memarlıq Muzeyinin (National Building Museum) binasında 500 nəfərlik ziyafət verib. Tədbirdə ABŞ senatorları, konqresmenləri, media təmsilçiləri iştirak edib. Obamanın İ.Əliyevə təbrikindən sonra “bu işdə Anar Məmmədovun ciddi rolu olub” iddiasının ortaya çıxması olduqca ilgincdir.

“Yeni Müsavat”a açıqlama verən politoloq Natiq Miri isə Obamanın təbrik məktubunun hansısa banketlərlə, lobbiçilik fəaliyyəti ilə bağlı olmadığını söylədi. Ekspert hesab edir ki, istənilən lobbiçilik fəaliyyəti və ondan doğan banketlər Amerika kimi bir dövlətin siyasi maraqlarına və qərarlarına təsir edə bilməz: “Bu, o qədər absurd bir fikir, yanaşmadır ki, xəfif tənqidə dözüm gətirə bilməz. Çünki Amerika dövləti 200 illik oturuşmuş bir dövlətdir və onların xarici siyasətdə konkret prioritetləri, prinsipləri var. Belə bir dövlətin də hər hansı bir dövlətə, xüsusən də Cənubi Qafqazdakı strateji əhəmiyyətə malik olan bir ölkəyə, onun hakimiyyətinə münasibəti banketlərlə, orda verilən ziyafətlərlə, hesablarla ölçülmür. Bu, çox düşünülmüş və strateji bir addımdır. Bütün siyasi və korporativ maraqları bir kənara qoysaq mən hesab edirəm ki, burada Azərbaycanın xeyrinə olan bir çox nüanslar var. Belə ki, Obama bu təbrik məktubu ilə topu Azərbaycanın meydançasına, xüsusilə də Azərbaycan prezidentinin meydançasına atdı. Çünki o təbrik məktubunda bir çox gözləntilərin olması göz onündədir. Məktubda o gözləntilər dilə gətirilir və gələcəkdə, həqiqətən də Azərbaycan hakimiyyətinin ABŞ-la ciddi əməkdaşlıq edəcəyi halda, bu kontekstdə davranmalı olduğunun zəruriliyi göstərilir.

Məsələnin ikinci tərəfi də ondan ibarətdir ki, ABŞ-ın bu cür sərt davranışı hakimiyyətin içində olan bəzi şəbəkələrin əlinə oynayır. Çünki onlar belə bir vəziyyətdə prezidenti Rusiyaya tərəf istiqamətləndirməyə daha çox israrlı idilər. Obama bu cür davranışı və təbrik məktubu ilə onların bu təzyiq mexanizmini əllərindən almış oldu".

N.Miri hesab edir ki, Obamanın bu məktubundan sonra Azərbaycanda tədricən dialoq mühiti ətrafında və demokratik islahatlar yönündə bəzi addımların atılacağı gözlənilir.
Ekspert hesab edir ki, ABŞ hakimiyyətinin daxili və xarici siyasəti onun strateji maraqlarına uyğun olaraq qurulub. İstənilən banketlər isə onun daxili və xarici siyasətinə təsir edə bilməz./musavat/
1916 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02