Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2014

Twitterdə bir twit padşahı lərzəyə saldı

Virtual aləmin siyasətə təsiri artıq dəfələrlə sübut olub. Yəmən inqilabından sonra da virtual şəbəkələrdə husilərin inqilabını təbrik edənlər, onlar haqqında fikir bildirənlər çox oldu. Lakin bunlardan biri iki ərəb dövlətini üz-üzə qoydu.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, Küveyt parlamentinin üzvü Əbdülhəmid Dəşti özünün Twitter hesabında belə bir twit yazdı: “Mən Yəmən xalqını təbrik edirəm. Husilərin Sənadakı qələbəsindən sonra, Bəhreyn xalqı qələbə çalacaq və işğalçılar qaçacaqlar.”
Ərəb mediasının gündəmini zəbt edən bu twit Bəhreyndə bir çaxnaşma yaratdı və Ali-Xəlifə diktatoru və başqa şahzadələrin qəzəbinə tuş gəldi.
Buna görə, Bəhreyn hökuməti Küveyt parlamentinin spikerinə xəbər göndərərək faktla bağlı sözügedən deputatın cavab və açıqlama verməsini istəyib.
Bu tələbə cavab olaraq, Küveyt parlamentinin spikeri Mərzuq Ğanim deyib: Bu məsələ deputatlardan birinin şəxsi fikridir və Küveyt dövlətinin və ya parlamentinin rəsmi fikri deyil. Küveyt və Bəhreyn dövlətləri bir-birilə dost və qardaşdır və bir-birlərilə yaxın və sarsılmaz əlaqələri var.
977 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:11