Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2014

Məkkədə zəvvarlar həcc mərasimi əməllərinin icrasına başlayır

Sabah zilhiccə ayının 8-dən başlayaraq, bir həftə ərzində zəvvarlar həcc əməllərini yerinə yetirəcəklər.

Hicri-qəməri tarixilə zilhiccə ayının 8-i həcc mərasimi əməllərinin başlayan günüdür. Hacılar bu gündə ehram bağlamaqla həcc mərasimi əməllərinə başlayrlar. Bu andan sonra hacılara adi günlərdə icazə verilən bir çox əməllər haram sayılır. Ehram bağladıqdan sonra isə hacılar zilhiccə ayının doqquzunda ərəfə səhrasında hazır olmaq üçün hazırlıq görəcəklər.

Ərəfat səhrasında hazır oduqdan sonra, Məşərə yollanmaq, Minaya gedib şeytanı daşlamaq, zilhiccənin 10-da qurban kəsmək, baş qırxaraq zahiri gözəllikləri tərk etmək, Minada qalmaq, Təvaf etmək, Səfa və Mərvə dağı arasında səy əməlini yerinə yetirmək və digər müqəddəs əməllər həcc mərasiminin əməllərini təşkil edir.

Həcc əməlləri 6 gün müddətində yerinə yetirilir. Hacıların bu ayın 11-12 -dən sonra vətənlərinə qayıdacaqlar./SalamNews/
1087 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber