Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2014

Bizə imkan versələr, İŞİD və "ən-Nusra"nı 3 aya məhv edərik

Ərdoğan, Ərəbistan və Qətər terroru dəstəkləməkdən əl çəksələr, Suriya ordusu üç ay ərzində "İslam Dövləti" və "ən-Nusra" terror təşkilatlarını məhv edər.

İSNA agentliyinin verdiyi xəbərə görə, bunu Suriyanın BMT-dəki daimi və səlahiyyətli nümayəndəsi Bəşər əl-Cəfəri "Rusiya əl-Youm" telekanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə əsasən, rəsmi Ankara terrora qarşı mübarizə məsələsində səmimi və sədaqətli deyil və onunla yanaşı, digər ölkələr də terrora qarşı mübarizəyə əngəl törədirlər: "Terrorla mübarizədə göstərilən beynəlxalq səylər, atılan addımlar səmimi və sədaqətli olsa, rəsmi Dəməşq onu alqışlayar. Amma bu, BMT qətnaməsi çərçivəsində olmalıdır. Rusiya və Çin də terrora qarşı mübarizə koalisiyasına qatılmalıdır. Əgər belə olmasa, beynəlxalq koalisiyanın işi nəticəsiz qalacaq. Ərdoğan, Ərəbistan və Qətər terroru dəstəkləməkdən əl çəksələr, Suriya ordusu üç ay ərzində təkbaşına "İslam Dövləti" və "ən-Nusra"nı məhv edər."/SalamNews/
772 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11