Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

Tərlan Ağadadaşovun müraciətinə cavab gəlib

Bu barədə İslamazeri.az-a hicab məhbusunun vəkili Zaman Səmədov açıqlama verib

Vəkil deyib: “Həm Ədliyyə naziri Fikrət Məmmədova, həm pentensiar xidmətinin rəisi Mədət Quliyevə, həm Respublika Ombudsmanı Elmira Süleymanovaya, Baş Prokuror Zakir Qaralova teleqram göndərmişdik. Çünki, hicab məhbusu Tərlan Ağadadaşovun qaraciyəri ilə bağlı səhhətindəki problemlərə görə əməliyyat keçirilməli idi. Bununla bağlı Bakı İstintaq təcridxanasının (Kürdəxanı) baş həkimi Qurban bəylə danışdım. O dedi ki, “bu barədə Pentensiar xidmətə müraciət etmişik və cavab gəlib ki, əməliyyata zərurət yoxdur. Yenidən müraciət etmişik.” Mən Tərlan Ağadadaşovun hüquqlarını qoruyan şəxs kimi rəsmi orqanlara müraciət etdik ki, bu işin üstünə düşsünlər. Bu iş hal hazırda Bakı Apellyasiya məhkəməsindədir və o təqsirləndirilən şəxsdir. Ona görədə onun xəstəxanaya köçürülməsi zəruridir. Bütün hüquqi imkanlardan istifadə etdim. Nəticəni yəqin ki, gələn həftə biləcəyik inşallah. Mən bu gün səhər Ağadadaşov Tərlanla bu gün səhər görüşdüm. O səhətinə görə narahatdır və tələb edirki əməliyyat olunsun. O may ayında Bakı İstintaq təcridxanasına daxil olub. 3 milli metr idi onun qaraciyərində olan böyümə. Amma indi 6.6 milli metr olub. Yəni 3 milli metr artıb. Bununla bağlı artıq ona cərrahiyə əməliyyatı keçirilməlidir.”
Xatırladaq ki, hicab məhbusuTərlan Ağadadaşov 2012-ci il 5 oktyabr tarixində keçirilən "hicaba azadlıq" aksiyasında həbs olunub. Nərimanov rayon məhkəməsi Tərlan Ağadadaşova 5 il 6 ay həbs cəzası verib.
2034 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP