Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2014

Cəmil Həsənliyə qarşı təxribat

Bəzi mətbuat orqanlarında məqsədli şəkildə Milli Şuranın sədrinin qızının maşınla adam vuraraq, qaçdığı xəbəri yaydırılır

Milli Şura oktyabrın 12-nə mitinq təyin etdikdən sonra hakimiyyət dairələri narahatlıq keçirməyə başlayıb. Bu narahatlığı əks etdirən başlıca amillərdən biri də məhz Milli Şuranın sədri Cəmil Həsənliyə qarşı təxribatın üzə çıxmasıdır.

Belə ki, bu gündən etibarən bəzi saytlarda Cəmil Həsənlinin qızı ilə bağlı yalan məlumatlar yayılmağa başlayıb. www.vatanpress.com adlı saytda yayımlanmış məlumatda iddia olunur ki, guya, bu ilin sentyabrın ortalarında Milli Şuranın sədrinin Günel adlı qızı idarə etdiyi 90-VL-983 nömrəli avtomobili ilə Yasamal rayonu, Mirəli Seyidov küçəsində bir qadını vuraraq hadisə yerindən qaçıb. Həmin məlumatda deyilir ki, vurulmuş qadına ətrafdan keçən insanların köməkliyi ilə yardım edilib.

Sayt bununla da kifayətlənməyib, yalanın həcmini böyütməyə çalışıb. Belə ki, www.vatanpress.com guya, hadisə Cəmil Həsənli və ailəsi tərəfindən gizlədilib, həmçinin mətbuatda yayılmasına imkan verilməyib. Bu azmış kimi, “Qəza nəticəsində xəsarət almış Səlimova soyadlı qadının vəziyyəti ağır olaraq qalmaqdadır” sözlərini də yazıya əlavə ediblər.

Bu məlumatın yalan olduğu ilk başdan məlumdur. Çünki əgər belə bir hadisə baş versəydi ən azından DİN digər qəzalarda olduğu kimi, bununla bağlı da elə hadisədən dərhal sonra məlumat yayardı. Ən əsası, belə bir hadisə baş versəydi hakimiyyət dairələri çoxdan bundan şou düzəltmişdilər. Hazırda bəlkə də bütün telekanallar bu barədə bar-bağırardılar. Necə ki, analoji addımı Tofiq Yaqublunun qızının başına gələnlərdən sonra atmışdılar.

İkincisi, Milli Şuranın aksiya təyin etməsindən sonra belə məlumatların gündəmə gətirilməsi məqsədli xarakter daşıyır və niyyət müxalifətin aksiyalarına insanların gəlməsini əngəlləmək, Milli Şura və onun sədri haqqında cəmiyyətdə mənfi rəy yaratmaqdır.

Eyni zamanda, bu cür məlumatların yayılması Cəmil Həsənliyə təzyiq xarakteri daşımış olur ki, bunun da səbəbi onun hakimiyyəti sərt formada tənqid etməsi ilə bilavasitə bağlıdır. Həmçinin bu məsələ ilə bağlı yetərli qədər təkzibedici hallar mövcuddur ki, onları sadalamaq istəmirik. Məsələn, qeyd olunan avtomobilin kimə məxsus olduğu məlum deyil. Və ya hadisə olsaydı belə oradakı adamlar maşının kimə məxsus olduğunu heç bir halda bilə bilməzdilər və sairə.

Cəmil Həsənli ilə danışaraq, məsələyə aydınlıq gətirməyə çalışacağıq.

Onu da qeyd edək ki, məlumatı yayan sayt tanınmış jurnalist Azər Həsərətə məxsusdur.

**
Milli Şuranın sədri Cəmil Həsənli yayılmış məlumatla bağlı açıqlama verib. Hafta.az-açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, yayılan məlumat ualandır. “Mənim qızım maşınla adam vurmayıb. Bu barədə kim nə deyirsə, yalan deyir”. . Cəmil Həsənli həmçinin bildirib ki, bu haqda yazılanlar həqiqəti əks etdirmir: ”Elə bir şey yoxdur. Yazanda görmürlər ki, nə yazırlar?”.
849 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:40
HƏQİQƏT AXTAR