Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2014

03 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 03-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün birinci yarısında qısamüddətli az yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Gündüz mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 13-15, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 03-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 03-05-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havaların üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.
915 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22