Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2014

Türkiyəli qız İŞİD-ə əsir düşməmək üçün intihar etdi

Türkiyənin Batman vilayətindən olan və Kobanidə PYD-nin silahlı qrupu YPG-nin tərkibində İŞİD-ə qarşı mübarizə aparan 19 yaşlı Ceylan Özalp axırıncı güllə ilə özünü vuraraq intihar edib. Özalp üçün sosial şəbəkədə yaradılan xatirə səhifəsində gənc qadının cənub-şərq cəbhəsində birlikdə döyüşdüyü silahlı dəstənin İŞİD tərəfindən tamamilə məhv edildiyi qeyd edilib.

Kod adı “Berivan Sason” olan C. Özalp isə radiostansiya vasitəsilə vidalaşaraq İŞİD-in əlinə keçməmək və zorlanmamaq üçün son güllə ilə intihar edəcəyini açıqlayıb.

Məlumata görə, Ceylan Özalp ötən ay Kobanidə olan BBC müxbirinə müsahibə verib. Gənc qadın həmin müsahibədə İŞİD silahlılarının döyüşçü qadınları gördüyü vaxt tir-tir titrədiyini demişdi./ans/
786 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.02.17, 09:38
Vəkil izləndiyini deyir
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya