Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

İsrail də UNESCO-dan qovuldu

ABŞ və İsrail UNESCO-da səs vermək hüququndan məhrum edilib
Bu barədə UNESCO-nun rəsmi nümayəndəsi məlumat verib

Amerika Birləşmiş Ştatları və İsrail UNESCO-da səs vermək hüququndan məhrum edilib.

Məlumatda bildirilir ki, Fələstinin UNESCO-ya üzv olmasından sonra təşkilata maliyyə yardımını dayandıran bu ölkələr səs vermək hüququndan məhrum edilən dövlətlərin siyahısına daxil edilib.

Məlumatda qeyd olunur ki, 2011-ci il oktyabrın 31-də Fələstinin UNESCO-ya qəbul edilməsinə və təşkilatın 195-ci üzv ölkəsi olmasına etiraz edən ABŞ və İsrail quruma maliyyə yardımını dayandırib. UNESCO-rəhbərliyi isə öz növbəsində onları səs vermək hüququndan məhrum edib.

UNESCO-nun Baş Konfransının 37-ci sessiyasında ABŞ-ın bu qurum yanındakı daimi nümayəndəliyinin rəhbəri ölkəsinin səsvermə hüququndan məhrum edilməsindən təəssüf hissi keçirdiyini bildirib, yaxın zamanlarda hüquqlarının yenidən bərpa edilməsi üçün səy göstərəcəklərini vurğulayıb./interaztv/
2548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:16