Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2014

İraq ordusu 30 kəndi "İŞİD"dən təmizləyib və 50 üzvünü öldürüb

İraqda “islam Dövləti” ilə döyüşlər digər bölgələrdə də davam edib

Son sutkada İraqda gedən döyüşlərdə "İŞİD" Hit rayonunu ələ keçirsə də, Səlahəddin, Neynəva və Diyala əyalətlərində geriləməli olub. İnterAz-ın "SumariyaNews”a istinadla verdiyi xəbərə görə, bu barədə İraq daxili işlər nazirliyi dünən axşam məlumat yayıb.

Bildirilib ki, İraq ordusunun xüsusitəyinatlıları və könüllü dəstələri hərbi helikpterlərin müşahiyəti ilə Diyala əyalətinin 30 kəndini “İslam Dövləti” terror təşkilatı silahlılarından təmizləyə bilib və bu əməliyyatlarda “İslam Dövləti”nin minimum 50 silahlısı məhv edilib.

İraqda “islam Dövləti” ilə döyüşlər digər bölgələrdə də davam edib. Ordu qüvvələri nisbi sakitliyin hökm sürdüyü Babil əyalətinin şimalında Curf əs-Saxr bölgəsində İŞİD-in mövqelərini toplardan hədəfə alıb. Burada 20 silahlının öldürüldüyü deyilir.
879 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı