Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2014

12 oktyabr mitinqinə islamçılar da qatılacaq

Rövşən Əhmədli: «Özünü Azərbaycan vətəndaşı sayan hər bir şəxs bu mitinqdə iştirak etməlidir»

Natiq Kərimov: «Xalqımız bu şərtlər daxilində yaşamağı qəbul etməməli, bu qanunsuzluqlardan bezdiyini bildirməlidir»


Milli Şura “Siyasi məhbuslara azadlıq, repressiyalara son” şüarı ilə mitinq keçirməyə qərar verdi. Azərbaycandakı avtoritar sistem bütün vicdanlı insanları təhlükə hesab edir və buna görə də siyasi məhbusların sayı 100-ə çatıb. Son dövrlər isə, insanların hüquqlarını qoruyan, seçki saxtakarlıqlarını ifşa edən hüquqşünaslar, həqiqəti qələmə alan jurnalistlər də qondarma ittihamlarla həbs olunur. Yəni ölkənin işıqlı adamları zindanlara atılır və bütün cəmiyyət zülmətə çevrilir. Çünki, fərqli fikrin daşıyıcıları, ədalətsizlik qarşısında susmayanlar çox olduqca, hakimiyyətin oğurluq etməsi, ölkənin sərvətlərini talaması çətinləşir.

Məhz bu insanları susdurmaqla, öz cinayətlərini davam etdirmək istəyirlər. Yəni bugün şərlənərək həbs edilən insanlar yalnız özləri üçün deyil, millətin və dövlətin mənafeyi üçün həbsdədilər. Ona görə də bu mitinqdə iştirak etmək, etiraz bildirmək hər bir vətəndaşın mənəvi borcudur. Hüququn ayaqlar altına atıldığı məmləkətdə heç bir vətəndaşın təhlükəsizliyinə təminat yoxdur.

Bu mitinqdə iştirak edən hər bir vətəndaş həm də millətin simasını xilas etmiş olur. Bəli, bu millətin kölə, yaltaq, qorxaq olmadığını, öz haqqına sahib çıxa bildiyini sübut etmək üçün meydanda olmaq lazımdır. Hər bir millətin varlığı, gücü onun meydandakı təmsilçiliyi ilə müəyyən edilir.

Cəmiyyətin inanclı kəsimi də bu mitinqdə iştirakı vacib sayır və haqsız həbs olunanları müdafiə etməyi vicdan borcu kimi qiymətləndirir.


Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli hesab edir ki, özünü vətəndaş sayan hər kəs bu mitinqdə iştirak etməlidir: “Mitinq məqsəd deyil, vasitədir. Biz də Konstitusiyanın bizə verdiyi imkanlardan istifadə edərək qanunsuzluğa, ədalətsizliyə etiraz edirik. Bügün insanlar günahsız yerə həbs olunur, həbs olunanlara işgəncə verilir və bütün bunlar cəmiyyətin boynuna vəzifə qoyur. Hesab edirik demokratik düşərgəyə qarşı bu basqılara etiraz etmək vacibdir və borcdur. Bütün bu haqsızlıqları görən, özünü Azərbaycan vətəndaşı hesab edən hər bir şəxs biganə qalmamalı, bu mitinqdə iştirak etməlidir”.


Milli Şura üzvü, Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov bildirdi ki, bu ölkədəki qanunsuzluq hər bir vətəndaşı təhdid edir: “Insan bütün şüurlu həyatını zülmlə mübarizəyə həsr etməlidir. Bu ölkədə uzun illərdi repressiyalar həyata keçirilir və ziyalılar, hüquq müdafiəçiləri, jurnalistlər, ilahiyyatçılar qondarma ittihamlarla həbs olunur. Bu ölkədə vergidən yayınmayan məmur yoxdur. Ancaq həbs olunanlar ”vergidən yayınma", “vətənə xəyanət” ittihamları ilə həbs olunur. Bütün dəyərlər tapdaq edilib, ədalətsizlik ən yüksək həddə çatıb və ölkə vətəndaşları bu prosesə etirazını bildirməlidir. Mən mitinq qərarını dəstəkləyirəm, zəruri hesab edirəm. Xalqımız bu şərtlər daxilində yaşamağı qəbul etməməli, bu qanunsuzluqlardan bezdiyini bildirməlidir. Bu ölkədə heç kim sığortalanmayıb və istənilən adamı şərləyib həbs edə bilərlər. Düşünürəm ki, vətəndaşlarımız mitinqdə iştirak edəcək və susqunluğa son qoyacaq"./azadlıq/
901 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:58