Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

Gülər Əhmədova ifşaedici açıqlamalar verə bilər

Sabiq deputat hədəf seçilməsinə artıq dözə bilmir

Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı “mandat alveri” videosuna görə həbs edilən sabiq Gülər Əhmədova növbəti məhkəmə proseslərində ifşaedici açıqlamalar verə bilər.

Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, istintaqın Gülər Əhmədovanı və onu himayə edən qüvvələri “vurmaq” xətti tutması, məhkəmədə də bu xəttin davam etdirilməsi sabiq deputatın səbr-kasasını daşırıb. Ona görə də böyük ehtimalla Gülər Əhmədova müdafiədən hücuma keçəcək.

Artıq sonuncu prosesdə bir sıra yüksək vəzifəli şəxslərin adı hallandırılıb. Bu sırada xüsusilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adını çəkmək olar.

Gülər Əhmədovanın mərhum rəfiqəsi Sevinc Babayevanın xalası Zərifə Cəbiyeva məhkəmədə şahid qismində ifadə verərkən iddia edib ki, sabiq deputat bacısı qızı ilə Skayp vasitəsilə danışarkən Ramiz Mehdiyevin yanına getdiyini və qısa müddətdə problemin həll olunduğunu deyib: “Gülər dedi ki, Seva, xəbərin var, Ramiz Mehdiyevin yanına getdim. Ona demişəm, 5 gün o yana, 5 gün bu yana məsələ həll olunacaq. Ramiz Mehdiyev də bu məsələni prezidentlə danışıb. Sevincə dedim ki, inanma. Üç gün sonra yenə ”Skayp"la danışdılar. Bu dəfə Gülər dedi ki, Seva, artıq sənin kabinetin hazırdır, Kəmaləddin Heydərovun yanında, “kompozitor”la danışmışam. Bacıma nə qədər dedim, xeyri olmadı, qayıtmadı".

“Kompozitor” isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. “Fövqəlnazir” həm də bəstəkarlıq fəaliyyətilə məşğul olduğuna görə, hakimiyyətdə ona “kompozitor” deyilir.

Prosesdə Bakı Metropolitenin rəisi Tağı Əhmədovun da adı hallanıb. Bəlli olub ki, Gülər Əhmədova Sevinc Babayevanın bacısı oğlunu metropolitendə işə düzəltmək üçün Tağı Əhmədova minnətçi düşüb.

Bu adları Gülər Əhmədova açıqlamasa da, o, prosesdə Sevinc Babayevanın özünə bahalı avtomobil, ev almasından danışarkən “bunları onun atasının yasına gələnlər etmişdi” deyərək hansısa məmurların mərhum rəfiqəsilə əlaqəli olduğuna işarə vurub. Gözlənilir ki, növbəti proseslərdə sabiq deputat Sevinc Babayevanın əlaqəli olduğu məmurlarla bağlı daha konkret açıqlamalar versin. Həmçinin deputatın istintaqı “vurması” barədə açıqlamalarının da şiddətlənəcəyi gözlənilir./azadlıq/
2066 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01