Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2014

Saatlar bir saat geri çəkiləcək

Qış vaxtına keçirik
Oktyabrın 26-da Azərbaycanda saatlar bir saat geri çəkiləcək.Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərara əsasən, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir, qış vaxtına keçirilir. Hər il mart ayının son bazar günü isə əqrəblər bir saat qabağa çəkilməklə yay vaxtı tətbiq olunur.
Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Beləliklə, oktyabrın 26-da Azərbaycan ərazisində qış vaxtına keçiləcək. Həmin gün saat 05.00-da saatların əqrəbləri 1 saat geri çəkiləcək, bununla da, ölkə qış vaxtına keçəcək.
1004 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber