Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2014

Cəmil Həsənli qızının maşınla adam vurmasından danışdı

Milli Şuranın sədri Cəmil Həsənli qızının maşınla adam vurması xəbərlərinə və Daxili İşlər Nazirliyinin bununla bağlı açıqlamasına münasibət bildirib.
Cəmil Həsənli “Azadlıq”a açıqlamasında bildirib ki, DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun dedikləri həqiqətə uyğun deyil: "Hadisə baş verən zaman post-patrul xidmətinin əməkdaşları həmin ərazidə olublar, baş vermiş hadisəni gözləri ilə görüblər və Adilə xanım xəsarət almadığından məsələyə ciddi münasibət bəsləməyiblər. Günel xanım Adilə Səlimovanı xəstəxanaya ərazidə olan polis işçisi ilə bərabər aparıb. Yəni Adilə xanımla yanaşı polis əməkdaşı da Günelin maşınında olub və xəstəxanaya bir yerdə gediblər. Ona görə də burada hadisəni gizlətməkdən söhbət belə gedə bilməz. Əgər prosesdə polis işçisi bilavasitə iştirak edibsə, hansı yalan danışmaqdan söhbət gedə bilər? Bir də ki xəbər ola bilsin, Ehsan Zahidova təzə çatır, amma hadisə baş verən kimi polis onu araşdırıb. Araşdırma 26-cı polis bölməsində aparılıb və təxminən bir həftə əvvəl iş Yasamal Rayon Polis İdarəsinə təhvil verilib. Bundan sonra da orada müvafiq araşdırma başlayıb".
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Cəmil Həsənlinin qızının yol-nəqliyyat hadisəsi törətdiyini və bunu hüquq-mühafizə orqanlarından gizlətdiyini bildirib. O qeyd edib ki, 10 gün əvvəl, sentyabrın 19-da saat 14:30 radələrində sürücü Günel Həsənli idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1928-ci il təvəllüdlü Ədilə Səlimovanı vurub: “Günel Həsənli xəsarət alan piyadanı götürərək xəstəxanaya aparıb. Sürücü məsuliyyətdən yayınmaqdan ötrü zərərçəkmiş şəxslə sövdələşib və həkimlərə yalan məlumat verib. Onlar bildiriblər ki, guya Ədilə Səlimova yıxılıb və Günel Həsənli yardım etmək məqsədi ilə onu xəstəxanaya aparıb. Lakin polis əməkdaşlarının apardığı araşdırmalar nəticəsində hadisənin əsl mahiyyəti üzə çıxıb və onların hər ikisi danılmaz faktlar qarşısında aciz qalaraq hadisəni etiraf edib”.
982 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi