Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2014

Həsən Həsənov meyiti sabah ailəsinə təhvil veriləcək

Ailə üzvləri artıq meyitin fərqləndirici əlamətlərinin Həsən Həsənova məxsusluğunu təsdiqləyiblər

Ermənilərin Kəlbəcərdə girov götürüb öldürdükləri Həsən Həsənovun meyiti sabah ailəsinə təhvil veriləcək. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev bildirib. Onun sözlərinə görə, meyitin sabah dəfn olunacağı gözlənilir: “Meyitin fərqləndirici əlamətləri ilə artıq onun ailə üzvləri tanış edilib. Onlar həmin əlamətlərin Həsən Həsənova məxsusluğunu təsdiqləyiblər”.


Ş. Musayev bildirib ki, H. Həsənovun meyitinin ekspertizasının tam nəticələrinin bir ay ərzində açıqlanacağı gözlənilir: “Bu, kifayət qədər ciddi bir prosesdir. Zorakılığa və çürüməyə məruz qalmış meyitin ekspertizası elə də asan məsələ deyil. Ekspertizanın nəticələri təxminən bir ay ərzində açıqlanacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində işğalçı ordunun hərbçiləri tərəfindən 11 iyul 2014-cü il tarixdə qətlə yetirilmiş Azərbaycan Respublikasının vətəndaşı, 1978-ci il təvəllüdlü Həsənov Həsən Fərman oğlunun nəşi dünən qarşı tərəfdən alınıb.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək, öldürülüb.
997 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi