Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2014

Cəlilabadlıların bəlası

Cəlilabadda orta məktəblərdə vəziyyət heç də ürəkaçan deyil. Bu barədə sakinlər məlumat veriblər. Verilən məlumata görə, rayonda bir neçə orta məktəbdə şagirdlərin təhsil alması üçün şərait yoxdur.

Bunlardan biri də Səttərxan küçəsində yerləşən 3 saylı orta məktəbdir. Burada vəziyyət olduqca acınacaqlıdır. 600 nəfərdən çox şagirdin təhsil aldığı bu təhsil müəssisəsi xarabaxanaya bənzəyir. Partaların köhnəliyi və təhsil ocağının texniki baxımdan kasıblığı bir yana, binanın uçulub-sökülməsi şagirdələr üçün hər an real təhlükədir. Ani bir titrəyiş məktəb binasının dağılmasına səbəb ola bilər.

Məsələyə aydınıq gətirmək üçün rayon Təhsil Şöbəsilə əlaqə saxladıq. Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri Vidadi Dövlətov açıqlamasında deyilənlərin həqiqət olduğunu təsdiqlədi. Qurum rəsmisinin sözlərinə görə, rayon ərazisində həqiqətən də bir neçə orta məktəbin vəziyyəti acınacaqlıdır.

“Biz bu barədə Nazirlər Kabinetin, Təhsil Nazirliyinə və digər aidiyyatlı qurumlara məlumat vermişik. Hələlik gözləyirik. 3 saylı orta məktəbi saökü, yenidəntikmək lazımdır. Söz veriblər ki, bu barədə tədbir görəcəklər”, - deyə Vidadi Dövlətov bildirib./ans/
795 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber