Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2014

Rusiya yeni kosmik eşelon yaradır

Rusiya raket hücumuna dair xəbərdarlıq sistemi kosmik eşelonunun gələcək orbital qrupunun tərkibinə daxil olan ilk peyklərini gələn il buraxmağı planlaşdırır.

Bu barədə “Mints ad. Radio-Texnika İnstitutu” şirkətinin baş direktoru və sistemin baş konstruktoru Sergey Boyev məlumat verib.

Onun sözlərinə görə, hazırda vahid kosmik sistemin hazırlanması prosesi gedir. Bu sistem raket hücumlarına dair xəbərdarlıq sisteminin kosmik eşelonu olacaq. Boyev bildirib ki, yeni peyklər bir sıra innovativ xüsusiyyətlərə malikdir və əldə edilən ilkin nəticələr ümidvericidir.

Baş direktor anti-Rusiya sanksiyalarından danışarkən bildirib ki, bu sanksiyalar sistemin təhvil verilmə vaxtına və keyfiyyətinə təsir göstərməyəcək. “Biz artıq çoxdandır ki, elektron-komponent bazanın işlənib hazırlanması ilə məşğuluq və mən bir sıra xarici məsələləri özümüzünkü ilə əvəz edəcəyimizə arxayınam”.

Xatırladaq ki, 2014-cü ilin aprelində sonuncu geostasionar peyk sistemi “Oko-1” öz işini dayandırıb. Sistemlər 1990-cı illərdə qitələrarası ballistik raketlərin buraxılmasının aşkar edilməsi üçün işlənib hazırlanmışdı.
874 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP