Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

İslamçıların məhkəməsi keçirilib

"Hamı bilsin ki, axırda qalib Allahın dəstəsi olacaq" (Məhkəmədən reportaj)
Buna səbəb məhkəməyə 3 şahidin dəvət olunmasıdır

İslamazeri.az-ın müxbirinin verdiyi xəbərə görə, bu gün Masallı rayonunda həbs olunan jurnalist Araz Quliyev və 7 dindar barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin aprelin 5-də çıxardığı hökmdən verilmiş şikayət apellyasiyası Bakı şəhər Nəsimi rayon məhkəməsində iclası hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilib.

Hakim Kamran Əkbərov bildirib ki, “məhkəməyə 2 teleqram daxil olub. Teleqramda bildirilir ki, Masallı rayon polis idarəsinin əməkdaşları Nazim Əkbərov və Rüfət Məmmədov polis idarəsində və məhkəmə istintaqı zamanı verdikləri ifadələri təsdiq edirlər. Xidməti vəzifələrinə görə məhkəməyə gələ bilməyəcəklərini deyirlər.”

Hakim Kamran Əkbərovun çıxışından sonra Araz Quliyev deyib ki, “bizə işgəncə verən şəxslərin yenidən ifadə verməsini istəyirik. Bizə polis bölməsində işgəncə verilib və bu araşdırılmayıb.”

Vəkil Fariz Namazlı Araz Quliyevin dediklərini təsdiq edib. O bildirib ki, “İşkəncələrlə bağlı hətta İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov etiraf etmişdi ki, Araz Quliyevlə görüşərkən ona işkəncə olunması barədə ona məlumat verib. Amma bu məsələ baxılmamış qaldı.”

Hakim Kamran Əkbərov daha sonra qeyd edib ki, hadisə baş verən vaxt ətrafda olan təhlükəsizlik kameralarında olan video görüntülərə baxmaq mümkün olmayacaq. Çünki videogörüntülər çəkilişdən sonra 2 ay müddətinə qalır və silinir. Hadisədən uzun müddət keçib və görüntülərə baxa bilməyəcəyik. Dövlət Sərhəd xidmətinə göndərdiyimiz sorğulara hələ cavab gəlmiyib.

Araz Quliyev: “Qaldırdığımız heç bir vəsatət təmin olunmadı. Şahidlər gəlmədi və yenidən dindirilmədi. Şirəliyev Nahidin ifadəsi pratakola tam yazılmayıb və bizi qane etmir.”

Məhkəmə iclası zamanı vəkil Fariz Namazlı hakimə Nahid Şirəliyev barədə xəstəxanadan olan raportu təqdim edib. Məlum olub ki, məhkəmə istintaqına ifadə verən Nahid Şirəliyev şizofren xəstədi.

Məhkəmənin sonunda qərara alınıb ki, şahidlərdən Rəsulov Fariz, Səfərov Xəyal və Nahid Şirəliyev yenidən məhkəmə istintaqına ifadə versin.

Hakim məhkəmə iclasının 28 noyabr saat 15:00-da Şirvan rayon Apellyasiya məhkəməsində keçirilməsinə qərar verib.

"Xeber44.com" internet qəzetinin baş redaktoru Araz Quliyev məhkəmə zamanı ruhani Hacı Tale Bağırovun həbsini pisləyib və bildirib ki, “azad şəxsləri həbslərlə qorxutmaq mümkün deyil. Hamı bilsin ki, axırda qalib Allahın dəstəsi olacaq”.
2539 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...