Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2014

İŞİD daha bir şəhəri itirdi

İraqda İŞİD qruplaşmasına qarşı döyüşən kürd peşmərgə qüvvələri ölkənin qərbində yerləşən Rabiyə şəhərini İŞİD döyüşçülərindən ala bilib.

Peşmərgə qüvvələrinin rəsmi bəyanatına əsasən, Rabiyə şəhəri sentyabrın 30-dan okyabrın 2-dək davam edən qızğın döyüşlərdən sonra İŞİD-in nəzarətindən çıxıb.

Peşmərgə qüvvələri Youtube videoportalına Rabiyə şəhərində lentə alınan video yerləşdiriblər və videoda şəhəri azad etdiklərini bəyan ediblər.

Dünən gecə saatlarında kürd döyüşçülərindən biri şəhərdəki kommunikasiya qülləsinə dırmanaraq, İŞİD-in bayrağını oradan çıxarıb.
979 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı