Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2014

ABŞ “İslam Dövləti” tərəfindən daha bir amerikalının girov götürülməsini təsdiqlədi

Rəsmi Vaşinqton “İslam Dövləti” tərəfindən daha bir amerikalının girov götürülməsini təsdiqləyib.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, ABŞ Milli Təhlükəsizlik Xidmətinin rəsmi bəyanatında belə deyilir.

Qurumun mətbuat xidmətinin rəhbəri Keytlin Heyden bildirib ki, bu gün yayımlanan video görüntülərdə məhz Piter Kessiqin əks olunması şübhə doğurmur.

“Piteri azad edib evinə qaytarmaq üçün bütün vasitələrdən istifadə edəcəyik: hərbi, diplomatik, kəşfiyyat və s.”, deyə Heyden bildirib.

BBC-nin məlumatına əsasən, 2013-cü ildə Suriyada oğurlanan Piter Kessiq yaralılara təcili tibbi yardım üzrə humanitar missiyanın üzvü olub.

Oktyabrın 3-də “İslam Dövləti” terrorçu təşkilatı Böyük Britaniya vətəndaşı Alan Henninqi edam edib. Video görüntüdə terrorçular həmçinin digər əcnəbi girovun edam ediləcəyi ilə hədələyiblər. Onların növbəti qurbanının ABŞ vətəndaşı Piter Kessiq olacağı bildirilir.
979 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<