Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2014

Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edildi

Onun intihara cəhdinin səbəbi barədə hələlik məlumat yoxdur

Bakıda “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar edəcəyini deyən şəxs xilas edilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları, psixoloqlar, həmçinin polis gəlib.

FHN əməkdaşlarının həmin şəxslə apardıqları söhbət nəticəsində o, fikrindən daşınıb. O, xüsusi kran vasitəsi ilə təhlükəsiz şəraitdə körpüdən endirilib.

İntihara cəhd edən şəxsin Bərdə rayon sakini, 1986-cı il təvəllüdlü Abbasov İlkin Yelmar oğlu olduğu, Bakıda marşrut avtobuslardan birində sürücü işlədiyi bəlli olub./apa/
852 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber