Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

Astara keçid məntəqəsində sıxlıq yaranıb

Biləsuvar gömrük keçid məntəqəsinin bağlanması Astara məntəqəsində sıxlıq yaradıb

İran tərəfinin Biləsuvar gömrük keçid məntəqəsini bağlamsı Astara gömrük keçid məntəqəsində problem yaradıb.

SalamNews-un bölgə müxbirinin verdiyi məlumata görə, noyabrın 8-də səhər saatlarından başlayaraq Astara gömrük keçid məntəqəsində İrana getmək istəyən vətəndaşlar arasında sıxlıq yaranıb. Adi günlərdə bu məntəqədən 400 – 500 adam qonşu ölkəyə keçirdisə, ötən gün sərhəddi keçənlərin sayı 1000-dən çox olub. Bu vəziyyət ən çox yaşlı insanların və kiçik yaşlı uşaqlar üçün çətinliklər yaradıb. Həmçinin 100-ə yaxın ağır tonnajlı yük avtomobili və avtobuslar da gömrük keçid məntəqəsini keçmək üçün uzun növbəyə durub.

Astara gömrük idarəsindən bildiriblər ki, insan sıxlığına baxmayaraq gömrük əməkdaşları sonuncu insan İrana keçənə kimi iş başında olcaq. Ümumiyyətlə, Biləsuvar gömrük keçid məntəqəsinin bağlanması Astara gömrük idarəsinin gücləndirilmiş iş rejiminə keçəməsinə səbəb olub.

Bu keçid məntəqəsindən əsasən Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı sakinləri istifadə edirdir. Ancaq Biləsuvar gömrük keçid məntəqəsini bağlamsı ilə əlaqədar Astara keçid məntəqəsində respublikanın bütün rayonlarının sakinlərinə rast gəlmək mümkündür.
2471 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber