Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2014

Mənsimovun tankerləri İŞİD-in neftini saxta sənədlə İsrailə daşıyır

İŞİD-in İraq və Suriyadan oğurladığı neft Türkiyənin Ceyhan limanından ixrac edilir.

Bu barədə voltairenet.org internet şəbəkəsində fransalı blogger Tiyerri Meysan yazıb.

T.Meysanın məqaləsində deyilir ki, İŞİD nefti Ceyhan limanında azərbaycanlı milyarder Mübariz Mənsimovun “Palmali Shipping & Agency” şirkətinə məxsus tankerlərlə İsrailə daşınır.

Aşkelon limanında İsrail hakimiyyəti bu neftə saxta sənəd verir və onun Eylat mənşəli olduğunu göstərir. Oradan isə oğurluq neft Avropa İttifaqı ölkələrinə ixrac edilir. Avropada isə onu İsraiı mənşəli neft kimi alırlar.

Müəllif yazır ki, İŞİD-dən əvvəl İraqın şimalındakı Kürdüstan administrasiyası da nefti bu cür saxta sənədlərlə, Bağdadın icazəsi olmadan Türkiyə üzərindən ixrac edirdi.

Xatırladaq ki, bu ilin iyun ayında “Bloomberg” agentliyi Kürdüstan administrasiyasının Bağdadın icazəsi olmadan İraqın şimalından hasil olunmuş nefti Mübariz Mənsimovun tankerləri vasitəsilə bazarlara çıxardığını yazmışdı. Kürd nefti yüklənmiş tankerlərdən biri ABŞ-ın Texas ştatının sahillərində qeydə alınmışdı və Bağdadın etirazlarından sonra həmin tanker limana qəbul edilməyərək naməlum istiqamətə üzmüşdü./virtualaz/
867 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı