Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

Ərdoğanın müavini ona qarşı çıxdı

Ərdoğanla baş nazirin müavini, hökumət sözçüsü Bülənd Arınc arasında fikir ayrılığı yaranıb.

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla baş nazirin müavini, hökumət sözçüsü Bülənd Arınc arasında fikir ayrılığı yaranıb.

Bülənd Arınc bu gün “TRT Türk” kanalına müsahibəsində tələbə yataqxanaları ilə bağlı Rəcəb Tayyib Ərdoğanın və onun söylədikləri arasında təzad olduğunu bəyan edib.

Bülənd Arınc deyib ki, baş nazirə bir dost və qardaş kimi səslənir: “12 saat belə keçmədən bizim söylədiklərimiz arasında ziddiyyət üzə çıxdı. Biz mübarizə dostlarıyıq, qədərimiz birdir. Bəzən mübahisə etdiyimiz günlər də olur. Parlamentin sədri olmuş, demokratiya yolunda aləmi, syiasi həyatımı fəda etmiş bir insanam, vəzifə hərisi deyiləm. O gün mənə bir sual verildi, mən də Nazirlər Kabinetinin iclasında nə eşitmişdimsə, onu da söylədim. Ancaq baş nazirin “yataqxanalarda qız və oğlan tələbələrin birgə qalmaması ilə bağlı qanuna düzəliş edərik” deməsi, bir valinin də bunu dəstəklədiyini bəyan etməsi düzgün bir davranış deyil. Baş nazir partiyanın qrup toplantısında dedi ki, gənc qız və oğlanların bir yerdə qalması yanlışdır. Bu sözlər mənim söylədiklərimlə ziddiyyət təşkil etdi. Bir daha deyirəm ki, baş nazirdən bu ziddiyyəti aradan qaldırmağı gözləyirəm”.
2284 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı