Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2014

Əbubəkr əl-Bəğdadi öz əmirlərinə hədiyyələr verdi

İraqın “Virduna” informasiya portalı məlumat verib ki, özünü İraq və Şam İsrail Dövlətinin (İŞİD) “xəlifə”si adlandıran Əbubəkr əl-Bəğdadi təkfirçi əmirlərini İraqdakı cinayətlərinə həvəsləndirmək üçün, onlara qarşı hücumun artmasına baxmayaraq öz silahlılarına çoxlu pul hədiyyəsi verdi.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, Mosul şəhərindəki yerli səlahiyyətli məmurlardan biri məlumat verib ki, Əbubəkr əl-Bəğdadi öz qrupunun üzvləri arasında çoxlu pul paylamışdır. Məqsəd budur ki, onları İraqdakı cinayətlərini davam etdirməyə həvəsləndirsin və onların hava zərbələrindən qorxması və qaçmasının qarşısını alsın. Halbuki, İraq silahlı qüvvələri hər ötən gün Mosul şəhərinə addım-addım yaxınlaşırlar.
Adının açıqlanmamasını istəyən bu mənbə bildirib: Bağdadi Suriyanın Rəqqə şəhərindən qaçdıqdan və İraqın Mosul şəhərinə gəldikdən sonra hər dəfə yerini dəyişərkən bir maşında peyda olur. Maşını dəyişməyin məqsədi budur ki, pilotsuz təyyarələr tərəfindən nəzarətə götürülməsin. Deyilənlərə görə, onun azı 100 ədəd zirehli və qara şüşəli maşını var.
1047 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26
Tür