Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2014

Neft şirkətində kütləvi ixtisar: 46 nəfər işdən çıxarıldı

“Bizi aldadaraq yeni müqaviləyə imza atdırdılar və bununla da köhnə müqaviləyə xitam verilmiş oldu”

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və “Abşeron Qazma Şirkəti” MMC 46 işçisini işdən azad edib. Onların sırasında mən də varam. Biz bu gün (dünən-R.İ) məsələ ilə bağlı Prezident Administrasiyasının qəbul otağında olub şikayətimizi bildirdik”.

Bu sözləri Elşən İsayev bildirdi. Onun sözlərinə görə, işdən azad olunmuş 46 nəfərlə şirkət tərəfindən 2014-cü ilin martın 3-də bir illik müqavilə bağlanıb: “Biz “Ümid” platformasında çalışırdıq. İki quyu qazmışıq. Həmin quyular yüksək göstəricilərlə işləyir. Bizi buna görə mükafatlandırıblar da. Bizim işdən çıxarılmağımızın səbəbi isə özümüzə məlum deyil. Bizi aldadıblar, aldadaraq yeni müqaviləyə imza atdırıblar. Bununla da köhnə müqaviləyə xitam verilmiş olub. Hazırda 46 nəfər işsiz qalıb. Onların sırasında qazmaçı, elektirik, maşinist, mühəndis və başqa mütəxəsislər var. Hazırda “Ümid” platformasında yataqlar işləyir, işin gedişində problem yoxdur”.

Elşən İsayev deyir ki, Prezident Administrasiyasından onlara problemi həll etmək ixtiyarında olmadıqlarını bildiriblər: “Bizə deyildi ki, hüquqlarımızı bərpa etməyin bircə yolu var, o da məhkəmədir. Bizə məhkəməyə müraciət etməyi tövsiyyə etdilər. Ancaq bunun üçün hüquqi əsasımız və maddi imkanımız yoxdur. Bizi aldadıb müqaviləyə qol çəkdirdiklərini sübut etmək çətindir”./bizimyol/
912 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber