Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2014

AİP lideri Mövsüm Səmədov Qobustana köçürülür

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov Qobustan həbsxanasına köçürülür. Bu barədə vəkili Anar Qasımlı bildirib:

“Mövsüm Səmədov Qaradağ rayonunda yerləşən Qobustan qapalı cəzaçəkmə müəssisəsinə göndəriləcək. Bu barədə təqdimat verilib. Oktyabrın 9-u, saat 2-də onun məhkəmə prosesi keçiriləcək. Səbəb isə Mövsüm Səmədovun guya bir neçə dəfə xəbərdarlığın edilməsinə baxmayaraq, daxili nizam-intizam qaydasını pozmasıdır. Təqdimatda AİP liderinin 3 il müddətinə Qobustanda saxlanılması istənilib. “

Qeyd edək ki, AİP sədri 2011-ci ilin yanvarından həbsdədir. O, saxta ittihamlarla - hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək - 12 il müddətinə azadlıqdan məhrum olunub.

Bu ilin sentyabr ayının 18-də saxlandığı 11 saylı cəzaçəkmə müəssisəsindən çıxarılaraq 12 saylı həbsxanaya köçürülüb. Partiya sədrinə qarşı cəza tədbirləri getdikcə sərtləşdirilir./İslaminsesi/
969 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:51