Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2014

İŞİD əleyhinə koalisiyanın qərargahı Küveytə daşınır

Sumaria News kanalı məlumat verib ki, fransalı mənbələrin məlumatına görə, İŞİD əleyhinə koalisiyanın mərkəzi hərbi qərargahı ABŞ-ın Florida ştatındakı Tambadan Küveytə daşınacaq.
Nur-az.com-un ISNA-ya istinadlı məlumatına əsasən, bu mənbələr bildirib: İŞİD ağır məğlubiyyətlərə uğrayıb. Lakin bu qruplaşma öz hücum qüvvəsini itirməyib. Çünki ixtiyarında çoxlu ağır silah və texnikalar qalmaqdadır.
Mənbələrin hesablamasına görə, İŞİD-lə müharibə çox zaman alacaq. Bu da ona görədir ki, bu qruplaşmanın təqribən 50 tankı, 150 zirehli maşını, 60.000 atıcı silahı, minlərlə başqa maşını və çoxlu maliyyə ehtiyatı var.
Hesabatda deyilir: Fransa təhlükəsizlik orqanının hesablamalarına görə, İŞİD-in İraq və Suriyadakı terrorçularının sayı 25 min nəfərə çatır. Bunların 8.000 nəfəri xarici (İraq və Suriya əhalisi olmayan) şəxslərdir. Onların 1.000 nəfəri Avropa ölkələrindəndir.
Fransalı mənbələr əlavə ediblər ki, bu koalisiya Küveyti silahlı şəxslərin yerləşdiyi əraziyə yaxın olduqları üçün seçmişlər.
909 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:20
Əha