Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2014

İŞİD əleyhinə koalisiya üzvləri –TAM SİYAHI

Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, cümə günü ABŞ Xarici İşlər Nazirliyi təkfirçi terrorçu qruplaşma olan İraq və Şam İSRAİL Dövlətinin əleyhinə yaradılmış və ABŞ-ın başçılıq etdiyi koalisyaya üzv olmuş ölkələrin tam siyahısını açıqlayıb.
Hələ ki, bu ölkələrin İraq və Suriyadakı hərbi addımlarının təfərrüatı elan edilməyib. Adı çəkilən ölkələrin çoxu qeyd olunan siyahı barədə fikirlərini bildirməmişlər.
ABŞ prezidenti Barak Obamanın sentyabr ayının 10-da televiziya çıxışı vasitəsilə “İŞİD-in zəiflədilməsi və sonda məğlub edilməsi” üçün öz “strategiyasını” açıqlamasından sonra, indiyə qədər Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanı rəsmi olaraq Suriyadakı əməliyyatlara qoşulmuşlar. Amerikanın qərbli müttəfiqlərindən heç biri Suriyadakı hərbi əməliyyatlara qoşulmaq istəməyib və yalnız İraqdakı əməliyyatlarla kifayətlənmişlər.
Rusiyanın Parisdə “İŞİD-lə mübarizə” mövzusunda keçirilmiş iclasda iştirak etməsinə baxmayaraq, siyahıda Rusiyanın adı nəzərə çarpmır.
Siyahıda adı çəkilən ölkələr aşağıdakılardır:

Albaniya, Avstraliya, Avstriya, Bəhreyn, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Misir, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İraq, İrlandiya, İtaliya, Yaponiya, İordaniya, Kosova, Küveyt, Litva, Livan, Latviya, Lüksemburq, Makedoniya, Moldova, Monteneqro, Mərakeş, Hollandiya, Yeni Zellandiya, Norveç, Oman, Polşa, Portuqaliya, Qətər, Cənubi Koreya, Rumıniya, Səudiyyə Ərəbistanı, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Tayvan, Türkiyə, Ukrayna, Birləşmiş Ərəb Əmirliyi, İngiltərə.
1075 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber