Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2014

İŞİD əleyhinə koalisiyanın komandiri Ankaraya səfər edib

Ağ Ev Türkiyə parlamentinin ölkə ordusuna Suriya və İraqa müdaxilə etməsi üçün yaşıl işıq yandırmasını alqışlayıb.
Nur-az.com-un MehrNews-a istinadlı məlumatına əsasən, bu icazə layihəsi Türkiyə Böyük Millət Məclisində cümə axşamı səsə qoyulmuşdu. TBMM-nin 550 deputatından 298-i layihənin lehinə səs verərək, layihəni qəbul etdirə bilmişdi. Deputatlardan 98-i isə layihənin əleyhinə səs vermişdi.
ABŞ-ın müdafiə naziri Çak Heygel Türkiyə parlamentinin bu addımını “çox müsbət” adlandırmış və demişdir: Biz parlamentin bu addımını alqışlayırıq və bu icazə layihəsindən necə istifadə etməyin yolları barədə Türkiyə dövlətilə məsləhətləşmələr aparırıq.
Amerikanın Xarici İşlər Nazirliyinin sözçüsü Cen Psaki də parlamentin bu qərarını alqışlamış və demişdir: Biz bu addımı alqışlayırıq. Biz Türkiyə rəsmilərilə bu barədə çox müzakirələr apardıq ki, bu barədə əməkdaşlığımızı inkişaf etdirək.
O əlavə edib: Türkiyə İŞİD-lə mübarizə üçün çoxlu vəzifələri öz öhdəsinə götürməyə hazır olduğunu göstərib.
O deyib: İŞİD əleyhinə koalisiyanın komandanı Con Alen və onun müavini, habelə ABŞ-ın Türkiyədəki səfiri əməkdaşlığın daha çox şaxəli olması üçün məsləhətləşmə və araşdırma aparmaq üçün region və Türkiyəyə səfər edəcəklər.
876 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP