Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2014

Donetsk hava limanı yenidən üsyançıların əlində

Rusiyayönümlü qüvvələr Donetsk hava limanını yenidən hökümət qüvvələrindən geri aldıqlarını elan edib.

Donetskdə baş verən hadisələr, strateji obyektlər uğrunda döyüşlərin yenidən qızışdığını deməyə əsas verir.

Etirazçılar əvvəlki kimi şəhərin əsas məntəqələrini öz nəzarətlərində saxlayır. Ukrayna höküməti separatçı döyüşçüləri bilərəkdən yaşayış binalarından atəş açmaqda təqsirləndirir.

Rusiyayönümlü üsyançılar Donetskdə cümə axşamı Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşının qətlinə görə Ukrayna ordusunu günahkar bilib. Qondarma Donetsk Xalq Respublikasının baş nazir müavini Andrey Purqin Ukrayna ordusunun yaşayış sahələrini yüksək dəqiqliklə silahlar, iri çaplı toplardan və raketlərdən atəşə tutduğunu və Avropanın belə hallara göz yumduğunu bildirib.

Ölən Beynəlxalq Qırmızı Xaç Komitəsi işçisinin 38 yaşlı İsveçrə vətəndaşı olduğu müəyyən edilib.
971 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber