Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2014

AİP qərar qəbul etdi: Kütləvi etiraz aksiyalarına hazırlıq başlandı

Keçən gün Azərbaycan İslam Partiyası idarə heyətinin toplantısı keçirildi .
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, yığıncaq iştirakçıları partiyanın sədri Hacı Mövsüm Səmədovun penitensiar xidmətin 12 saylı cəzaçəkmə müəssisəsindən Qobustandakı qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı oktyabr ayının 9-da məhkəmə prosesinin başlanacağına münasibət bildirmişlər. Qeyd olunmuşdur ki, M. Səmədov bir neçə gün öncə cəza çəkdiyi 11 saylı həbsxanadan 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi və ona dərhal cərimə rejiminin tətbiqi AİP sədrinə qarşı hakimiyyətin qərəzli münasibətinin nəticəsidir: “M. Səmədovun penitensiar xidmətdən deyildiyi kimi daxili nizamı pozma əməlləri əslində olmamışdır. Ona qarşı yönləndirən təzyiq və işgəncələrin səbəbləri əqidəsindən dönməməsi, istər ictimai həyatda, istərsə də həbsxanalarda baş verən qanunsuzluqlarla barışmazlığıdır. Partiyanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Ambudsmana rəsmi müraciətinin dəqiq, obyektiv araşdırılmaması nəticəsində M. Səmədova bugün də təzyiqlərin davam etdirilməsi, hətta onun qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi baş verir. Bu isə ölkə ictimaiyyətini ciddi narahat edir, cəmiyyəti alternativ addımlar atmağa, geniş miqyaslı etiraz aksiyaları keçirməyə sövqedir.”
Çıxış edənlər onu da bildirmişlər ki, baş verən neqativliklər hakim dairələrdə kimlərinsə ölkədə stabilliyi pozmaqda, hakimiyyətlə cəmiyyət arasında süni qarşıdurma yaratmaqda maraqlıdır: “İnanmaq olmur ki, hansısa xarici qüvvələrin İslamçılara qarşı bu kimi ədalətsiz, qərəzli münasibət göstərmək sifarişini hakim dairədə kimlərsə belə canla-başla yerinə yetirməyə səy göstərsin, öz xalqının qeyrətli oğullarını fiziki cəhətdən məhv etməyə çalışsın. Azərbaycanın 20 faiz torpağının erməni işğalı altında qaldığı bir zamanda torpağı, dövləti, xalqı yolunda ölümə belə hazır olanların işgəncələrə məruz saxlanması milli xəyanətdən başqa birşey deyil.”
Toplantı iştirakçıları İslamçılara qarşı, başda Hacı Mövsüm Səmədov olmaqla neqativ münasibətlərin aradan qaldırılması, onların cəmiyyət üçün əhəmiyyətli şəxsiyyətlər kimi dəyərləndirilməsi tələbi ilə hakimiyyətə bəyanat ünvanlamışlar. Onlar qəbul olunmuş sənəddə M. Səmədovun haqsız, qeyri-qanuni həbsini xalqımıza mənəvi zərbə kimi qiymətləndirmiş, onun həbsxana şəraitində belə sakit buraxılmamasını bu ambisiyanın davamı hesab etmişlər. İslamçılar haqsızlığa qarşı mübarizədə susmayacaqlarını, etirazlarını davam etdirəcəklərini birdirmişlər. Bundan ötrü AİP funksionerləri kütləvi etiraz aksiyalarına hazırlıq işlərinə başlayacaqlarını, aksiya üçün rəsmi müraciət edəcəklərini əks etdirən qərar qəbul etmişlər. Bildirmişlər ki, bütün addımlar qanun çərçivəsində atılacaq, vətəndaşlar konstitusion hüquqlarından istifadə edərək insan haqlarını pozanlara sözlərini deyəcəklər.
1030 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi