Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2014

Həcc ziyarəti zamanı 130 zəvvar ölüb

Səudiyyə Ərəbistanında oktyabrın 1-dən başlayan Həcc ziyarəti zamanı ərəb ölkələrindən gəlmiş 130 zəvvar xroniki xəstəliklərin kəskinləşməsi və ya səhhətlərində yaşla bağlı digər problemlərin yaranması səbəbindən ölüb. Ən çox ölüm halı - 14 hadisə - Misirdən gəlmiş zəvvarlar arasında qeydə alınıb. Bundan başqa, İraq, Əlcəzair, Sudan, Mərakeş, Somali, Yəmən, İordaniya və Mavritaniyadan gəlmiş zəvvarlar Həcc ziyarəti zamanı müxtəlif səbəblərdən keçinib.

Məlumata görə, daha 213 zəvvar hazırda Səudiyyə Ərəbistanın xəstəxanalarında müalicə alır.

Qeyd edək ki, Həcc ziyarətinə bu il ərəb ölkələrindən, ümumilikdə, 265 min zəvvar gəlib.
942 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber