Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

İran yeni raketlərin istehsalına başlayıb

Bu gün İranın müdafiə naziri Hüseyn Dehqan orta mənzilli raket istehsalı üzrə zavodun açılışında iştirak edib.

APA-nın Fars agentliyinə istinadən verdiyi məlumata görə, Hüseyn Dehqan zavodun açılışı zamanı çıxışında deyib ki, müəssisədə orta mənzilli «Sayyad-2» raketləri istehsal olunacaq.

Bu raketlər vertolyot, pilotsuz təyyarə və digər hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Qatı yanacaqla təmin olunan bu raketlər hazırda İran Hərbi Hava Qüvvələrinin arsenalının əsas hissəsini təşkil edən maye yanacaqla təchiz olunmuş raketlərə nisbətən dəqiqliyi ilə seçilir.
1868 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...