Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2014

Kobanidə gərginlik bitmir

Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərində İŞİD terrorçu qruplaşma üzvləri ilə Peşmərgə - kürd qüvvələri arasında qarşıdurmalar səngimək bilmir. Ötən gün tərəflər arasında axşam saatlarına qədər atışmalar olub. Məlumata görə, Türkiyə sərhədi istiqamətində atılan mərmilərdən biri türk əsgərini başından yaralayıb.

Bir qədər əvvəl Türkiyə Böyük Millət Məclisi ölkəyə məxsus silahlı qüvvələrin İŞİD-ə qarşı hərbi müdaxiləsini nəzərdə tutan qanun layihəsi qəbul etsə də, hələlik hərbi qüvvələr hücuma keçmək əmri almayıblar.

Amerika Birləşmiş Ştatları hərbi hava qüvvələri isə, ötən gün Suriyada İŞİD silahlılarına məxsus bir neçə mövqeyi bombalayıb.

Türkiyədə kürd vətəndaşların İŞİD-ə qarşı etiraz aksiyaları ötən gün də davam edib. Tuncəli vilayətinin Dərsim şəhərində bir qrup fəal mərkəzi küçələrdən birində oturaq aksiyaya başlayıb. Kürd fəallar Suriyadakı soydaşlarına dəstək olmaq üçün sərhədlərə axın etsə də, hökumət buna qarşı çıxır.

Böyük Britaniyanın paytaxtı Londonda isə, anti-İŞİD koalisiyasına qarşı etiraz akisyası baş tutub. Fəallar hökumətin müharibə siyasətinə qarşı çıxışılar edib, İraqda bombalama əməliyyatların dayandırılmasını tələb ediblər./ans/
781 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber