Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2014

Honq Konq rəhbəriliyi aksiyaçılara ultimatum göndərdi

Çinin yarımmuxtar regionu Honq Konqda tələbələrin hökumətə qarşı etirazları davam edir. Aksiya iştirakçıları ötən gün axşam saatlarında yenidən şəhərin mərkəzi küçələrində bir araya gələrək rəsmi Honq Konq və Pekinə qarşı şüarlar səsləndiriblər. Artıq bir həftədir ki, aksiyaçılar 2017-ci ildə keçiriləcək seçkilərdə demokratik seçim tələbi ilə çıxış edirlər. Aksiyaçılar Çin rəhbərliyinin seçkidə iştirak edəcək namizədlərə dair hər hansı bir qərar qəbul etməsinə qarşı etiraz edirlər.

Honq Konq rəhbəri Lyan Çjenin fəalların oktyabrın 6-sına kimi aksiyaya son qoymasını tələb edib. Əks halda, Çjenin bildirib ki, hökumət dövlət qurumlarının və məktəblərin fəaliyyətini bərpa etmək üçün aksiyaçılara qarşı istənilən cür tədbir görməkdən çəkinməyəcək.

Rəsmi Pekin Honq Konq rəhbərliyinə tam dəstəyini bildirib.

Aksiyaların israrla davam etdirilməsi yerli sakinlər arasında da narahatlığa səbəb olub. Sakinlər şəhərdə biznesin dayanmasına qarşı çıxıblar. Bu zəmində fəallarla bir qrup vətəndaş arasında dava-dalaş düşüb.

Aksiya təşkilatçıları vəziyyətlə əlaqədar Honq Konq rəhbərliyi ilə danışıqları təxirə salıb.
878 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı