Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2014

"Harvard"ın tələbələri hədələyici məktub aldı

Massaçusets ştatının polisi və FTB Harvard Universitetinin tələbə və müəllimlərinə göndərilmuş hədələyici elektron məktubun müəllifinin kimliyini aydınlaşdırır.

Naməlum şəxs yüzlərlə tələbəyə ünvanladığı məktubda bildirir ki, oktyabrın 4-də təhsil müəssisəsində gülləbaran təşkil edəcək, məktub alan hər kəsi güllələyəcək.
Polis həftə sonu ərzində universitet ərazisində təhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədir.

Xatırladaq ki, 2013-cü ilin dekabrında da buna bənzər hadisə olmuşdu. Harvard Universitetinə bomba qoyulması haqqında informasiya aldıqdan sonra universitetin dörd binası mühasirəyə alınmışdı. Lakin məlumat yalan çıxmışdı. Məlum olmuşdu ki, xəbəri buraxılş imtahanı vermək istəməyən bir tələbə göndərib./axar/
904 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı