Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2014

Leyla Yunusa təzyiqlər dayanmır; vəkillər həyəcan təbili çaldı

“Fiziki ağrıları dözülməzdir; İlin sonuna qədər sağ qala bilməsi sual altına düşür”

1 saylı istintaq təcridxanasında saxlanılan hüquq müdafiəçisi Leyla Yunus yenidən ona qarşı zorakılığa yol verildiyini bildirib. L.Yunus deyib:
“Oktyabrın 1-də saat 14.20-14.25 radələrində kamera yoldaşım Nuriyyə Hüseynova mənə hücum edib. Mən TV-yə baxırdım, o, birdən-birə qışqıraraq TV-nin səsinin yüksək olduğunu dedi. Baxmayaraq ki, səs yüksək deyildi. O, yerindən sıçradı, vəhşicəsinə qışqırmağa və pis söyüşlər söyməyə başladı. O, mənə böhtan atacağı ilə hədələdi. Mən özümü qapıya tərəf atdım və qapını döydüm. Qapı, demək olar ki, dərhal açıldı. Nəzarətçi Nəzakət Məmmədovadan məni hücumdan qorumağı xahiş etdim. Nəzarətçinin iştirakı N.Hüseynovanı narahat etmədi (!). O, söyməyə davam edərək, televizorun səsini yüksəltdiyimi dedi! Mən israrla N.Məmmədovadan məni qorumağı xahiş etdim!!! 20-25 dəqiqə sonra N.Hüseynovanı və növbə ilə bütün məhbusları nəzarət nümayəndələri ilə söhbətə aparmağa başladılar. Məni də apardılar. Birinin adı Qulu Nuriyev olan iki mayor məndən izahat yazmağımı istədilər. İmtina edərək, bunun N.Hüseynovanın mənə qarşı ilk hücumu olmadığını bildirdim. Birinci hücumdan sonra da belə bir izahat yazmışdım, həm də bədənimdə qançırlar var idi... Lakin N.Hüseynova kamerada qalmağa və mənə psixoloji işgəncə etməyə davam etdi. Bu zaman mənə töhmət verdilər.
Oktyabrın 2-də saat 9.20-9.35 arası bu iki mayor kameraya gələrək, çərşənbə günü saat 14.20-də TV-nin səsini həddindən artıq yüksəltdiyim üçün mənə töhmət verdilər. Beləliklə, N.Hüseynovadan mənə qarşı işgəncə aləti kimi istifadə etməyə davam edirlər. Sağlamlığıma ciddi ziyan dəyir”.

Bu arada Leyla Yunusun vəkilləri vəkilləri müdafiə etdikləri şəxsin səhhətilə bağlı bəyanat yayıblar. Vəkillər tam məsuliyyətlə L.Yunusun fiziki durumunun son həddə çatdığını bəyan edirlər. Kameranın soyuqluğu üzündən və isti sudan məhrum olan L.Yunusun səhhətinin kəskin şəkildə pisləşdiyi bildirilir. Bundan əlavə, L.Yunusun keçirdiyi 4 cərrahiyyə əməliyyatının da mənfi fəsadlarını göstərdiyi vurğulanır.
“Belə olan halda bu ilin sonuna kimi L.Yunusun sağ qala bilməsi sual altına düşür, psixoloji durumu sabit olsa da, fiziki ağrılar dözülməzdir”, deyə vəkillər bəyan edirlər.
Son olaraq, vəkillər Penitensiar Xidmətin rəhbərliyinə həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmirsə, o zaman L.Yunusun təcili şəkildə Penitensiar Xidmətin xəstəxanasına yerləşdirilməsini irəli sürürlər.
Bəyanatı L.Yunusun vəkilləri Xalid Bağırov, Cavad Cavadlı, Fariz Namazlı, Əlaif Həsənov və Elçin Qəmbərov imzalayıblar./Turan/
1024 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:10<