Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Qurban bayramının namazını qılmaq vacibdirmi? onu tək qılmaq olarmı? Zəhmət olmasa Qurban bayramı namazının qılınma qaydasının da necə olmasını yazardız.
Ad: Turqut, Ölkə: Müctəhid: Ayətullah Sistani

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Qurban bayramının namazı imam əleyhissəlamın hüzuru zamanında vacibdir və gərək camaat ilə birlikdə qılınsın. Bizim zamanımızda imam (əleyhissalam) qeybdədir və bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbbdir.
Qurban bayramlarının namazının vaxtı bayram günü Günəş çıxandan günortaya qədərdir.
Qurban bayramı namazını Günəşin yüksəlməsindən sonra qılmaq müstəhəbbdir.
Fitr və Qurban bayramı namazları iki rəkətdir. Belə ki, hər rəkətdə Həmd və surəni oxuduqdan sonra, üç dəfə təkbir demək lazımdır. Yaxşı olar ki, birinci rükətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rükuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rükuya gedər, rükudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər.
Fitr və Qurban bayramlarının namazının qunutunda hər hansı bir dua və zikri oxusa kifayətdir. Amma yaxşıdır ki, bu duanı oxusun:
"Əllahummə əhləl-kibriyai, vəl-əzəməti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə iydən və liMuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəssalihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun".
Bayram namazının xüsusi surəsi yoxdur. Amma yaxşı olar ki, onun birinci rəkətində “Şəms” (91-ci surə) surəsini və ikinci rəkətində “Ğaşiyə” (88-ci surə) surəsini oxusun və yaxud birinci rəkətdə “Səbbihismə” (87-ci surə) surəsini və ikinci rəkətdə “Şəms” (91-ci surə) surəsini oxunsun.
1026 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:12