Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

Meksika Heydər Əliyevin heykəlinə görə 3.8 milyard itirdi

Azərbaycan hökuməti Meksikanın enerji sektoruna yatırılması nəzərdə tutulan investisiyaları dondurub

Azərbaycan hökuməti Meksikada həyata keçirməli olduğu 3.8 milyardlıq potensial investisiya layihələrini dayandırıb. Bu barədə məlumatı Kanadanın məşhur «The Gazzete» nəşri noyabrın 7-dəki sayında dərc edib. Qəzet yazır ki, Meksika hakimiyyətinin ictimai təzyiqi nəzərə alaraq keçmiş sovet respublikasının rəhbəri Heydər Əliyevin heykəlini paytaxtdakı parkdan götürməsi Azərbaycan hökumətinin belə bir addım atmasına səbəb olub: «Neftlə zəngin Azərbaycan Heydər Əliyevin heykəlinin ucaldığı paytaxt Mexikodakı parkın qurulması üçün 5 milyon dollar ayırmışdı. Amma şəhərin bir sıra sakinləri heykəl sahibinin insan haqları və demokratiya sahəsində mənfi reputasiyasını nəzərə alaraq onun dərhal götürülməsini tələb edirdilər. Şəhər rəhbərliyi ictimai rəyi nəzərə alaraq bu ilin yanvar ayında heykəli parkdan götürdü. Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov ölkəsinin Meksika iqtisadiyyatının müxtəlif sahələrində reallaşdırmalı olduğu investisiya layihələrini heykəlin götürülməsinə görə dondurduqlarını təsdiq edib. İnvestisiyaların əsasən Meksikanın enerji sektoruna yatırılması nəzərdə tutulmuşdu"./azadliq.info/
2181 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44