Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2014

İslamçıların Hüquqlarını Müdafiəsi Komitəsi bəyanat yaydı

Bəyanatı diqqətinizə çatdırırıq:

Son günlər, siyasi motivlərlə həbs edilərək 12 il azadlıqdan məhrum edilmiş AİP sədri, dr. Mövsüm Səmədovun adı və həyatı ətrafında cərəyan edən xoşagəlməz hadisələri böyük narahatlıqla izləməkdəyik.

Belə ki, bu günə kimi heç bir səbəb göstərilmədən cəza çəkdiyi 11 saylı CÇM-dən qəfil, gecə yarı 12 saylı CÇM-nə köcürülməsi və elə həmin gündən etibarən 5 gün müddətinə “kars”a salınması, cəzası bitməmiş daha 7 gün müddətinə artırılması, eyni zamanda, bütün bu haqsızlıq və qanun pozuntularına qarşı etiraz əlaməti olaraq aclıq aksiyası keçirməsi, bu günə kimi bütün bunlara heç bir rəsmi reaksiyanın verilməməsi, ombudsman və Qızıl Xac Cəmiyyətinin nümayəndələri ilə görüş tələbinin həyata keçirilməməsi və bütün bunlar azmış kimi, indi də 3 il müddətinə Qobustan qapalı həbsxanasına göndərilməsi, bizim onun həyatı və sağlamlığı haqqındakı əndişə və təşvişimizi artırmaqdadır.

Əlbəttə, siyasi, xüsusilə də inanclı-siyasi məhbuslara qarşı münasibət və rəftar əvvəl gündən zorakılıq və işgəncələrlə müşayiət olunub. Lakin son günlər onlara qarşı edilən zorakılıqlar, həyata keçirilən qanun pozuntuları və qeyri-insani rəftar bir xeyli intensivləşib. Bunu nəzərə alan İHMK aşağıdakıları bəyan edir:

1. Həbsinin motivi kimi, dr. Mövsüm Səmədova (həmçinin ilahiyyatçılar Tale Bağırov və Abgül Süleymanova) qarşı sərgilənən bu amansız rəftar da siyasi səciyyə daşıyır və onlara qarşı siyasi qisasçılıq və tədrici fiziki terror niyyətindən xəbər verir. Əgər belə olmasaydı, həbsdə olduqları bu 2-3 il ərzində bu cür amansız və qəddar münasibətə, zorakılıqlara məruz qalmazdılar.


2. Sifariş verən və sifarişi icra edənlərin kimliyindən asılı olmayaraq, dr. M.Səmədova (habelə digər adı çəkilən iki şəxsə) qarşı məlum siyasi, fiziki və mənəvi terror hərəkətlərini dərhal dayandırmağı, təcili və təxirəsalınmaz surətdə M.Səmədovun səhhətində yaranmış ciddi problemlərin aradan qaldırılmasına başlamağınızı tələb edirik. Əks təqdirdə, baş verə biləcək istənilən xoşagəlməz hal və hadisənin məsuliyyətini birbaşa olaraq Penitensiar Xidmət daşıyacaq.

3. Eyni zamanda, xəbərdarlıq edərək bildiririk ki, məhbusların saxlanmasına, sağlamlığına və həyatına cavabdeh olan Penitensiar Xidmət başda olmaqla, ölkədə ictimai ədalətin təmin olunmasına cavabdehlik daşıyan Ədliyyə Nazirliyi kimlərinsə əlində oyuncağa çevrilməməli və dövlət qanunlarının, konstitusion və fundamental insan hüquqlarının tapdanmasına imkan verməməlidir.

4. Bütün bu kimi hallar hakimiyyətlə vətəndaş arasında arzuolunmaz uçurum yaradır ki, nəticədə dövlətçiliyimiz xələl görür. Qıraqda düşmən axtarmaq əvəzinə, vətəndaşı idarəçiliyi altında olan hökumətinə qarşı düşmənə çevirən anti-milli və anti-insani əməllərinizdən əl çəkin və yaddan çıxarmayın ki, bir gün bu əməllərinizə görə Qanun və Tanrı qarşısında cavab verəcəksiniz.

5. Sonda, ölkədə və ölkə xaricində insan hüquqlarının müdafiəsi ilə məşğul olan yerli və beynəlxalq təşkilatlardan məsələni nəzarətə götürməyə və Mövsüm Səmədovun həyatı üçün yaranmış təhlükənin aradan qaldırılması üçün səylərini artırmağı rica edirik.


İslamçıların Hüquqlarını Müdafiəsi Komitəsi

5.10.2014

/İslamazeri.az/
1066 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP