Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2014

Hacı Abgül Süleymanov "kars"dan çıxarıldı, ancaq...

Bir neçə gün öncə mübariz ruhani Abgül Süleymanov 13 saylı CCM-dən PX-nin Tibb Mərkəzinə göndərilmişdi

15:49 - Xəbər verdiyimiz kimi, mübariz ruhani 13 saylı "zon"da "kars"a salınmışdı.

Bir az əvvəl isə, mübariz ruhani Hacı Abgül Süleymanov telefonla əlaqə saxlayıb. Ruhani bildirib ki, Penitensiar Xidmətin Tibbi Mərkəzində ona yaxınlaşaraq "hazırlaş "zon"a qayıdırsan" deyilib. O səbəbini soruşanda "biz özümüz də bilmirik" deyilib. Gecə saatlarında 13 saylı CÇM-nə gətirilən Hacı Abgül Süleymanov "kars"a cəza kamerasına salınıb. Bu gün isə mübariz ruhani "kars"dan çıxarılaraq Karantin Korpusuna göndərilib.

Qeyd edək ki, Karantin Korpusu Cəza Çəkmə Müəssisəsinə yeni gələn dustaqların salındığı yerdir.

Onu da qeyd edək ki, sabah mübariz ruhaninin dostları və qohumları CÇM-nə gedəcəklər./İslamazeri.az/
1123 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08