Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

Azərbaycan hakimiyyəti fundamental azadlıqları nümayişkaranə şəkildə pozur

Azərbaycanda ölkənin azad media və ifadə, birləşmək və toplaşmaq azadlıqları üzrə beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı ciddi problemlər var. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) cümə günü təqdim edilmiş hesabatlarında sözügedən azadlıqların pozulması üzrə konkret faktlar əksini tapıb.
Araşdırmalar International media support-un (İMS) dəstəyi ilə həyata keçirilib.
Beynəlxalq hüquq müdafiə təşkilatları ilə birgə “Azərbaycan və Aİ: siyasət dilemması” (Azerbaijan and the European Union: A Policy Dilemma) hesabatı yazılıb və sentyabrın sonlarında Brüsseldə təqdim edilib, deyə RATİ direktoru Emin Hüseynov bildirib.
AŞPA-nın payız sessiyası çərçivəsində 100 səhifədən çox həcmi olan “222 saylı qətnamə: Azərbaycanın fundamental azadlıqlara riayət etmək öhdəliyinin yerinə yetirilməsinin gedişi” (Opinion no 222: Implementation of the Azerbaijan’s commitments to the Council of Europe in the field of fundamental freedoms) adlı məruzə yayılıb.
Bu sənədin adı Azərbaycanın Avropa Şurasında daxil olarkən (2001-ci ildə) götürdüyü öhdəliklər haqqında 222 saylı qətnamədən alınıb. Ölkə hakimiyyəti bu öhdəliklərin əksəriyyətinə məhəl qoymur.
“Bu araşdırmalar faktlara əsaslanır və Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı vəziyyəti göstərir”, deyə İMS-nin Azərbaycandakı nümayəndəsi Gülnarə Axundova bildirib.
Hesabat hazırlanarkən may ayında BMT-nin insan hüquqları komitəsinin xüsusi dinləmələrində səslənmiş tövsiyələr nəzərə alınıb.
“30-dan çox ölkə 120 tövsiyə irəli sürüb. Azərbaycan hakimiyyəti onlardan 100-ü ilə razılaşıb. Biz 4 il sonra keçiriləcək növbəti dinləmələrə qədər bu tövsiyələrin yerinə yetirilməsinin monitorinqini həyata keçirmək niyyətindəyik”, deyə Hüseynov bildirib.
“Yalançı azadlıq: İnternet idarəçiliyi üzrə 7-ci qlobal forumdan bir il sonra Azərbaycanda İnternet azadlığı” adlı daha bir məruzə İnternet azadlığı sahəsində vəziyyətə aiddir.
Hakimiyyətin İnternet azadlığı haqqında təminatlara baxmayaraq, vəziyyət pisləşib. Diffamasiya haqqında qanunun tələbləri İnternetə şamil edilib. İnternetin texniki infrastrukturu da yaxşı vəziyyətdə deyil. Belə ki, Azərbaycan materialların yüklənməsi və yerləşdirilməsi sürətinə görə Rusiyadan 6, Gürcüstandan isə 3 dəfə geri qalır.
Seçkilər ərəfəsində İnternet fəallarına qarşı repressiyalar güclənib.
Hazırda həbsxanalarda ən az 3 bloger (Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşad Ramazanov) saxlanılır. Həbs edilmiş 9 jurnalistin əksəriyyəti on-line media nümayəndəsidir.
Hakimiyyətin “nöqtəvi zərbələri” – sosial şəbəkələrin fəal istifadəçilərinin həbsləri qısamüddətli nəticə verir və bir ay sonra hökumətin tənqidi yenidən güclənir.
2014-cü ilin oktyabrında Bakıda ATƏT PA-nın sammiti keçiriləcək. Amma ona qədər, 2014-cü ilin may ayında Azərbaycan AŞ Nazirlər Komitəsinin sədri olacaq. Ölkənin çox sayda siyasi məhbus, reqressiv qanunvericilik, informasiya azadlığı haqqında qeyri-şəffaf qanunla buna getməsi yolverilməzdir.
RATİ tərəfdaş təşkilatlarla birgə AŞPA-nın yanvar və aprel sessiyaları zamanı fəal iş aparmaq niyyətindədir. İlin sonuna qədər siyasi məhbuslar azad edilməsə, siyasi məhbuslar üzrə məruzəçi institutunun bərpası və ümumilikdə siyasi azadlıqlar üzrə yeni məruzəçi təyin edilməsi məsələsi qaldırılacaq, deyə Hüseynov bildirib.
Öz növbəsində, Turan agentliyinin direktoru Mehman Əliyev qeyd edib ki, təqdim edilmiş araşdırmalar göstərir ki, beynəlxalq təşkilatlar Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsinə səmərəli şəkildə nəzarət edə bilmirlər.
O, media azadlığı sahəsində böhran vəziyyətinə, reklam bazarının olmamasına və son 1-2 müxalifət nəşrinin satışla bağlı süni problemlərə görə bağlanmaq üzrə olmasına diqqət çəkib.
Tədbirdə qərb dövlətlərinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. /Turan/
2126 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56
“Akula Akif