Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2014

Təbii ağrıkəsici olan 5 qida

Bədəninizin hər hansı bir yerində ağrı hiss etdikdə ilk olaraq dərman içməyi düşünməməlisiniz. Bizimyol.info qadin.net saytına istinadən xəbər verir ki, əvvəl təbii ağrı kəsiciləri yoxlamağa cəhd göstərin, ağrıdan xilas ola bilmədiyiniz təqdirdə tibbi müalicə yollarına müraciət etməlisiniz. Beləliklə, 5 təbii ağrı kəsici barədə buyurub məlumat əldə edə bilərsiniz.


Kofein
İdmandan sonra dözülməz əzələ ağrıları ilə mübarizə aparırsınız? Bu vəziyyətinizdə kofein sizə kömək edə bilər. Georgia Universitetində görülən işlərdən sonra məlum olub ki, gündə iki fincan qəhvə içən könüllülərin ağrıları 48 faiz azalıb.

Çobanyastığı çayı
Əsrlərdir mədə xəstəlikləri, yuxusuzluq, narahatlıq kimi problemlərə əlac olan çobanyastığı çayı Təbriz Universitetində aparılan təcrübələrdən sonra bildirilib ki, iltihabı azaldaraq bir çox ağrını da azalda bilər. O, mədə ağrılarında da sakitləşdirici təsir göstərir.

Zəncəfil
Mədə narahatlığı, soyuqdəymə kimi problemlərin qarşısını aldığı düşünülən zəncəfil hər gün istifadə olunsa, məşq sonrası əzələ ağrılarının sakitləşməsinə kömək edə bilir, əzələ ağrılarını azaldır. Georgia Universitetinin araşdırmasında könüllü bir qrup gündə iki qram çiy zəncəfil yeyərkən, digər qrup eyni miqdarda isidilmiş zəncəfil yeyiblər. 11 gün sonra hər iki qrupda da məşq ağrılarının 25% azaldığı məlum oldu.

Yağlı balıq
Qızılbalıq, skumbriya kimi omeqa 3 yağ turşuları baxımından bol yağlı balıqlar təbii anti-iltihab xüsusiyyəti daşıyır. Pitsburq Universitetinin etdiyi tədqiqata görə, tərkibində omeqa 3 ehtiva edən yağlı balıqlar revmatizm ağrılarının sakitləşməsinə yaxşı təsir göstərir.



Albalı
Oregon sağlamlıq və elm Universitetinin tədqiqata görə, albalıda olan antioksidantlar oynaq ağrısının yol açdığı xroniki iltihabı azaldan təsirə sahibdir. Daha əvvəl edilən bir tədqiqatda da albalının əzələ ağrılarını aradan qaldırdığı məlum oldu. İltihabla mübarizə üçün gün ərzində bir stəkan albalı suyu və ya bir qab albalı yemək lazımdır.
967 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber