Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2014

"İŞİD" Kobaninin bir kilometrliyindədir

Ağır texnika və gecə görmə cihazları ilə təchiz edilmiş terrorçu qruplaşma üzləri şəhərə ən yaxın məsafədə mövqelərini möhkəmləndiriblər

"İŞİD" terrorçuları kürdlərin yaşadığı Kobani şəhərinin 1 kilometrliyinə çatıblar.

İnterAz-ın əl-Aləm-ə istinadən məlumatına görə, bu barədə dünən kürd rəsmilərindən biri AFP-yə müsahibəsində bildirib.

İdris Nahsen bildirib ki, terrorçular şəhərə çox yaxınlaşsalar da hələ ki, Kobaninin daxilinə çatmayıblar: "Onlar şəhərin bəzi istiqamətlərində 1 kilometr məsafədə, bəzilərində isə 2-3 kilometr məsafədə dayanıblar."

İ.Nahsen əlavə edib ki, onları dayandırmaq üçün ABŞ qırıcıları aviazərbələr endirsələr də, hələ ki, lazımi effekt verməyib.
1086 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber