Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2014

Türkiyədən Qərbə zərbə: Rusiya ilə hərbi təlimlərə başlandı

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) tərkibində olan Sərhəd Birliyi sahil təhlükəsizlik xidmətinin komandirləri türkiyəli həmkarları ilə görüşüb.

Rusiyanın Ankara səfirliyindən verilən açıqlamada görüş çərçivəsində Qara dənizdə mövcud vəziyyət, dəniz sərhədlərinin qorunmasının təmini və bölgədə yarana biləcək problemlərin ortaq həll edilməsi ilə bağlı müzakirələr aparılıb.

Görüş çərçivəsində Türkiyə və Rusiya Hərbi Dəniz Qüvvələri Qara dənizdə qanunsuz fəaliyyətlərin qarşısını almaq məqsədiylə ortaq təlimlərə başlayıb.

Mərasim hər iki ölkənin hərbçilərinin futbol meydançasında yoldaşlıq oyunu ilə yekunlaşıb./axar/
1115 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.10.17, 17:12
Şəhidimiz dəfn edildi
21.10.17, 10:44
Restoranda bıçaqlanma
20.10.17, 09:38