Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2014

«İlqar Məmmədovla heç vəkilləri də görüşə bilmir»

Yaxınları, tərəfdarları 10 günə yaxındır ki, REAL-ın həbsdə olan sədri İlqar Məmmədovdan xəbər ala bilmir. REAL-ın İdarə Heyətinin üzvü Erkin Qədirli "Azadlıq" radiosuna deyib ki, İlqar Məmmədovu sonuncu dəfə sentyabrın 24-ü görüblər:

- Appelyasiya Məhkəməsinin son iclasında məhkəmə zalında ayaqüstü görüşdük. Ondan sonra İlqar bəydən heç bir xəbərimiz yoxdur. Daha doğrusu, təxminən bilirik ki, hardadır. Amma necə saxlanır, vəziyyəti necədir, bundan məlumatsızıq. Çünki nə ailə üzvləri ilə görüşməsinə icazə verilir, nə zəng vurmaq imkanı var, nə də vəkili ilə əlaqə saxlamasına şərait yaradılır.

- Bir müddət öncə məlumat yayıldı ki, Müsavat başqanın müavini Tofiq Yaqublu ilə birgə Bakıya gətirilib...
- Gətirilməyinə gətiriliblər. Şüvəlan təcridxanasında bir yerdə saxlanırdılar. Amma sonradan Tofiq Yaqublu evinə zəng edib ki, 13 saylı cəza müəssisəsindədir. Biz əvvəl elə güman etdik ki, İlqar bəyi də ora aparıblar. Amma sonra öyrəndik ki, yox, orda yoxdur.

- İlqar Məmmədovun yerini müəyyənləşdirmək, bayram sovqatı aparmaq üçün Penitensiar Xidmətə müraciət etmisinizmi?
- İlqar bəyin xanımı Şüvəlan təcridxanasının rəisi ilə görüşüb, xahiş edib ki, görüşə imkan yaradılsın. Amma təcridxanada deyiblər ki, Penitensiar Xidmətdən icazə məktubu gətirin, ondan sonra görüşə icazə verək.

- Əminsiz ki, İlqar bəy hələ də Şüvalan təcridxanasındadır?
- Buna inanmaq istəyirik. Çünki başqa məlumatımız yoxdur.

- Sonuncu dəfə vəkili nə vaxt İlqar bəylə görüşməyə cəhd edib?
- Bayramdan əvvəl. Əslində bu dəqiqə İlqar bəyin ailə üzvlərinə görüşə icazə verilmədiyi bir vaxtda bizi heç vaxt buraxmayacaqlar. Bu dəqiqə onunla görüşmək üçün vəkillər işləyir. Vəkil məhdudiyyətsiz görüşməlidir, amma ona da imkan yaratmırlar.
883 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı